"Bayern" klubu hücum xəttini gücləndirmək məqsədilə "Yuventus"un forvardı Duşan Vlahoviçi yaxından izləməyə başlayıb.
Offsideplus.az xəbər verir ki, Münxen təmsilçisi serbiyalı hücumçunu ulduz futbolçu Harri Keynin əsas əvəzləyicisi kimi nəzərdən keçirir.
Klubun idman direktoru Maks Eberl artıq təsdiqləyib ki, mövsümün sonunda Nikolas Cekson komandadan ayrılacaq.
Vlahoviçin "Yuventus"la olan müqaviləsi bu mövsümün sonunda başa çatır.


