“Real Madrid”in fransalı yarımmüdafiəçisi Orelyen Çuameni şəxsi çətin vəziyyətə görə bazar günü evdə keçiriləcək “Elçe” matçında iştirak etməyə bilər.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Alvaro Arbeloa bu qərarı qəbul edib.

Sosial şəbəkələrdə sürətlə yayılan iddialara görə, Çuameni sevgilisini aldatmaqda tutub – buna baxmayaraq ona həftəlik 25 min funt sterlinq (təxminən 30 min avro) pul xərcliyi vermiş və Fuenlabrada şəhərində ev almışdı. Bu hadisənin oyunçunun psixoloji vəziyyətinə ağır təsir etdiyi və məşqçinin onu matçdan kənarda saxlamaq qərarı verdiyi bildirilir.

Rəsmi mənbələrə görə, Arbeloa “Elçe” matçında bir neçə əsas oyunçunu (Rüdiger, Trent Aleksander-Arnold, Fede Valverde, Tibaut Kurtoa və Çuameni daxil olmaqla) dincəltməyi planlaşdır.

Bu, Çempionlar Liqasında “Mançester Siti” ilə cavab matçı öncəsi rotasiya kimi qiymətləndirilir. Çuameninin son matçlarda zədə qorxusu olsa da (ayaq biləyi), tibbi müayinələr ciddi problem olmadığını göstərib və o, prinsipcə oynaya bilərdi.

Şəxsi səbəblər iddiası klub tərəfindən şərh olunmayıb.