Ulduz futbolçu "Real Madrid"in "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Çelsi"dən Enzo Fernandezi transfer etməyi niyyətindədir. Bu barədə "Team Talk" mğlumat yayıb.

"Real"ın rəhbərliyi yay "transfer pəncərəsi"ndə argentinalı yarımmüdafiəçi üçün "zadəganlar"a təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, 24 yaşlı oyunçu 2024/25 mövsümündə "Çelsi" forması ilə 34 oyuna çıxıb və 5 qola, 9 məhsuldar ötürməyə imza atıb.