İstifadəsi qadağan olunmuş preparat qəbul etdiyinə görə 18 ay futboldan uzaqlaşdırılan Pol Poqba karyerasını İspaniyada bərpa edə bilər.
Offsideplus.az xəbər verir ki, fransız yarımmüdafiəçi Madrid "Atletiko"sunun maraq dairəsindədir.
İspanlar öncə futbolçunun fiziki durumunu və maddi istəyini öyrənmək istəyirlər.
Qeyd edək ki, Poqba 2023-cü ilin oktyabrından bəri futbolsuz qalıb. O, dopinqə görə 4 illik diskvalifikasiya edilsə də, sonradan onun cəzası 18 aya endirilib. Bir neçə gün əvvəl cəza müddəti başa çatan futbolçu bu gün 32 yaşını qeyd edir.