"Real Madrid" klubu "Vilyarreal"a qarşı oyunun təxirə salınması üçün La Liqaya 2 dəfə müraciət ünvanlayıb. 

Offsideplus.az xəbər verir ki, qurum hər iki müraciətə "yox" cavabı verib və nəticədə qarşılaşma bu gün baş tutub. "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra madridlilərin baş məşqçisi Karlo Ançelotti La Liqaya ultimatum göndərib: 

"2 dəfə La Liqadan xahiş etdik ki, oyunun vaxtını dəyişək. Lakin heç nə etmədilər. Bu, 72 saat istirahət etmədən oyuna çıxdığımız sonuncu oyundur. Bir də belə hal yaşansa, oynamayacağıq". 

Qeyd edək ki, "Real" martın 13-ü Bakı vaxtı ilə saat 00:00-da "Atletiko" ilə səfərdə ağır Çempionlar Liqası oyunu (əsas və əlavə vaxt - 1:0; ümumi hesab - 1:1; penaltilər: 2:4) keçirib. Həmin qarşılaşmanın bitdiyi andan bu gün saat 21:30-da başlayan oyuna qədər cəmi 66 saat keçib.