"Gözlədiyimiz kimi çətin oyun alındı".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"a qarşı oyundan sonra (1:1) mətbuat konfransında Rəşad Sadıqov söyləyib. 42 yaşlı mütəxəssis oyunu şərh edib, jurnalistlətin suallarını cavablandırıb.
"İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi. Rəqibin vurduğu qoldan sonra o dəqiqələrə qədər heç bir komandada qol epizodları yox idi. Fasilədə toparlanıb, ikinci hissədə böyük qüvvə ilə irəli atıldıq. Hesabı bərabərləşdirməyə çalışdıq və bu, bizdə alındı. Standart vəziyyətdən hesaba tarazlıq gətirdik. Oyunun ədalətli nəticəsi düşünürəm ki, heç-heçə idi".
Mətbuat konfransını aşağıdakı videodan izləyə bilərsiniz: