"Liverpul" klubunun əfsanəsi Ceymi Karraqerin oğlu Ceyms Malta yığmasına dəvət olunub. 

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçunun karyerasında ilk dəfə milli komandanın formasını geyinə bilər. Babası maltalı olduğundan Ceymsin bu ölkənin yığmasında oynamaq hüququ var.

Oğul Karraqerin karyerası atasından fərlqi olaraq, kifayət qədər zəif alınıb. O, İngiltərə 1-ci Liqasında (sayca ölkənin 3-cü çempionatı) 17-ci yerdə qərarlaşan "Uiqan" klubuna məxsusdur.

Qeyd edək ki, Ceymi Karraqer bütün karyerası ərzində "Liverpul"a sadiq qalıb. İstedadlı müdafiəçi "qırmızılar"ın heyərində 508 oyun keçirib.