Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyənin I Liqasında bu gün növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Bolu təmsilçisi səfərdə "Ümraniye" komandasına uduzub - 0:1.
Yeganə qol 59-cu dəqiqədə vurulub.
Matça ehtiyatda başlayan həmyerlimiz 87-ci dəqiqədə şans qazanıb. Ancaq o, komandasının məğlubiyyətdən xilas olmasına kömək edə bilməyib. Üstəlik, Vüsal 90+6-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Hazırda "Boluspor" 44 xalla 6-cı yerdə qərarlaşıb.