"Benfika" - "Portu" matçının sonlarında ev sahibi komandanın baş məşqçisi Joze Mourinyo qırmızı vərəqə ilə cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Luço Qonsales aralarında baş verən insidentdən söz açıb:

"Qırmızı vərəqə almağıma səbəb olan hadisədə, "Portu" ehtiyat skamyasından qovulan Luço Qonsales tuneldə mənə 50 dəfə "xain" dedi. Bunun səbəbini mənə izah etməsini istərdim. Nəyin xaini? Mən "Portu"da olmuşam, Portu" üçün ruhumu qoymuşam. "Çelsi", "İnter", "Real Madrid" və :Fənərbaxça"ya getdim, dünyanı gəzdim və hər gün ruhumu, həyatımı verdim. Bunun adı peşəkarlıqdır.

Luço Marselə gedəndə xain idi? Mənə daha asan qəbul edə biləcəyim bir şəkildə təhqir edə bilərdi, amma məncə, bu, çox dəyər verdiyim peşəkarlığıma qarşı bir hücum idi".

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.