Rusiyalı milyarder Roman Abramoviçin vəkilləri Böyük Britaniya hökumətinə xəbərdarlıq ediblər.
Offsideplus.az xəbər verir ki, onların sözlərinə görə, “Çelsi” klubunun satışından əldə edilən və hazırda dondurulmuş 2,35 milyard funt sterlinq vəsait tamamilə Abramoviçə məxsusdur və onun müsadirə edilməsinə cəhd olunacağı halda hüquqi mübarizə aparılacaq.
Abramoviçin bu vəsaiti müharibə qurbanlarına yardım məqsədilə bağışlamaq istədiyi bildirilib. Lakin milyarder yardımın yalnız öz şərtləri əsasında həyata keçirilməsini tələb edir.


