Messinin "İnter Mayami"dəki maaşı açıqlandı.
Offsideplus.az xəbər verir ki, “Inter Mayami”nin həmtəsisçisi Xorxe Mas bildirib ki, Messi klubda həm əsas maaşı, həm zəmanətlənmiş kompensasiyası, həm də sahiblik paylarını nəzərə alaraq mövsümlük 70–80 milyon dollar qazanır. Mas əlavə edib ki, komanda sponsorlardan və digər gəlir mənbələrindən maksimum faydalanmalıdır, çünki oyunçular çox bahalıdır.
Məlumatlara görə, Messi əsas maaşı 12 milyon dollar, zəmanətlənmiş kompensasiyası isə 20 milyon 446 min 667 dollar təşkil edir. Həmçinin, futbolçu "Adidas" ilə reklam müqaviləsi və liqa yayım tərəfdaşı "Apple" ilə gəlir paylaşımı razılaşmasından da faydalanır.
Messi 2023-cü ilin yayında klubla anlaşdı və 2024-cü ilin oktyabrında müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb. Klubun biznes əməliyyatları üzrə prezidenti Xavier Asensi açıqlayıb ki, Messinin mümkün gəlişinə hazırlıq işləri onun klubda iştirak etməyi elan etməsindən uzun müddət əvvəl başlayıb. Asensi vurğulayıb ki, Messi klub üçün həm meydançada, həm də maliyyə baxımından böyük təsir göstərir.
Mas qeyd edib:
"Messiyə hər dollarına dəyər ödəyirəm. Oyunçular bahadır və onun klubdakı rolu bütün fərqi yaradır. Messi gəldikdən sonra ABŞ Kubokunun finalına çıxdıq, Leagues Cup və MLS Kubokunu qazandıq, Supporters’ Shield və rekord sayda xal əldə etdik, Çempionlar Liqasında iştirak etdik və Klub Dünya Kubokuna vəsiqə qazandıq. Lionel meydanda və onun ətrafındakı hər şey klubun performansını yüksəltdi."
Messinin klubdakı rekord müqaviləsi nəticəsində “Inter Mayami” MLS-in ən dəyərli komandası olub və qiyməti 1,45 milyard dollar təşkil edir. Son bir ildə klubun bazar dəyəri isə 22% artıb.


