İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Arsenal”ın oyun üslubunda baş verən dəyişikliklərdən danışıb.
Offsideplus.az xəbər verir ki, Runi bildirib ki, “Arsenal” baş məşqçi Mikel Artetanın rəhbərliyi altında artıq əvvəlki kimi gözoxşayan futbol oynamağa çalışmır və əsas diqqəti nəticəyə yönəldib.
Onun sözlərinə görə, London klubu hazırda daha çox sürətli keçidlərə, əks-hücumlara, künc zərbələrinə və topu mümkün qədər tez rəqib qapısına çatdırmağa üstünlük verir.
Runi qeyd edib ki, “Arsenal” əvvəllər daha cəlbedici futbol oynamağa çalışsa da, bu üslub komandanı istədiyi nəticəyə aparmayıb. Onun sözlərinə görə, “tiki-taka” tərzində oynadıqları dövrdə komanda ardıcıl üç dəfə ikinci yeri tutub.
Sabiq futbolçu əlavə edib ki, hazırda “Arsenal” daha birbaşa, daha məqsədyönlü və daha amansız oyun nümayiş etdirir.


