Futbol üzrə I Liqada XVIII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, hesabat turu çərçivəsində son matç Mingəçevirdə baş tutub. Şəhərin eyniadlı komandası MOİK-lə qüvvəsini sınayıb. "Mingəçevir"in üstünlüyü ilə keçən qarşılaşmada yeganə qolu 88-ci dəqiqədə Taleh Fərmanov vurub.
Bununla da, Fizuli Məmmədovun yetirmələri qeyri-adi göstərəciyə nail olublar. "Mingəçevir" ardıcıl 4-cü qələbəsini qazanıb. Özü də bütün oyunlar eyni hesab başa çatıb - 1:0.
MOİK-dən öncə "Baku Sportinq", "Difai" və "İmişli" də 0:1 hesablı məğlubiyyət acısı dadıb.
İkinci dövrəyə autsayder qismində başlayan "Mingəçevir" hazırda 7-ci pillədə qəralaşıb. Komandanı 6-cı yerin sahibi MOİK-dən 2 xal ayırır.
Fizuli Məmmədovun baş məşqçi vəzifəsinə təyinatndan sonra mingəçevirlilər 7 oyunda cəmi 1 dəfə uduzublar. Son 6 görüşdə isə 4 qələbə, 2 heç-heçə qeydə alınıb.