"Səbail" klubunun yeni baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Adil Şükürov Bayıl komandasının baş məşqçisi təyin olunub. Mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
A.Şükürov noyabrın 30-u saat 16:00-da "Səbail"lə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.



