Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, həmkarı Namik Hüseynovla birgə Çexiyaya yollanacaq.

Həmyerlilərimiz Avropa çempionatının elit raundunun 3-cü qrupunda hərəyə 3 oyun idarə edəcəklər. 

K.Umudlu Niderland - Xorvatiya (19 mart) və Çexiya - Niderland (25 mart) matçlarında baş hakim funksiyasını yerinə yetirəcək. Həmçinin martın 22-də keçiriləcək Çexiya - Xorvatiya görüşündə dördüncü hakim olacaq. 

N.Həsənov isə bütün bu oyunlarda köməkçi hakim kimi çalışacaq.