Dağıstanlı döyüşçü İslam Maxaçevin instaqram platformasında izləyici sayı 10 milyona çatıb.
Offsideplus.az xəbər verir ki, bununla da o, UFC tarixində 4-cü ən populyar döyüşçü olub. O, Con Consu geridə qoyaraq 4-cü yeri ələ keçirib.
5 nəfərdən ibarət siyahı isə aşağıdakı kimidir:
1. Konor Makqreqor (46,8 milyon)
2. Həbib Nurmaqomedov (38,6 milyon)
3. Ronda Rauzi (17,2 milyon)
4. İslam Maxaçev (10 milyon)
5. Con Cons (9,5 milyon)