Sabah Formula 1-də mövsümün 3-cü Qran-Prisi - Yaponiyada baş tutacaq.
Offsideplus.az xəbər verir ki, bu yarış "Ferrari"nin pilotu Şarl Lekler üçün əlamətdar olacaq. Bu, onun karyerasındakı 150-ci yarış olacaq.
O, 2018-ci ildən bəri Formula 1-dədir. Lekler bu müddətdə 8 qələbə, 26 pol, 43 podium əldə edib.
Əlavə edək ki, sabahkı yarış Bakı vaxtıyla səhər saat 09:00-da başlayacaq.