Formula 1 əfsanəsi Mixael Şumaxer ilk dəfə baba olub.
Offsideplus.az xəbər verir ki, onun qızı Cinanın uşağı dünyaya gəlib.
Martın 29-da doğulan qız uşağına Milli adı qoyulub.
"Dünyaya xoş gəldin, Milli! 29 martda doğuldu, bizim ürəyimiz heç vaxt olmadığı kimi doludur. Biz inanılmaz dərəcədə xoşbəxtik ki, sən həyatımızda varsan" , - deyə Cina sosial media səhifəsində yazıb.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü il dekabrın 30-da dağ kurort zonasında xizəklə sürüşərkən, yıxılması nəticəsində kəllə-beyin zədəsi alıb. Həmin vaxtdan yalnız bir neçə ən yaxın qohumu hərəkətsiz vəziyyətdə olan yeddiqat dünya çempionunu görmək hüququna malikdir.