Vircil van Dayk Mohamed Salahın “Liverpul”da qalmasını istədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, kapitan bildirib ki, Misirli ulduzla daim ünsiyyətdədir və ona klubda qalmaq arzusunu açıq şəkildə çatdırıb:
“Əlbəttə ki, onunla danışıram. Onunla hər mövzuda söhbət edirəm. Təbii ki, qalmasını istədiyimi demişəm. Qalan detallar barədə danışmayacağam. Onun komandada qalmasını çox istərdim, çünki liderlərimizdən biridir. Amma fakt odur ki, Afrika Millətlər Kubokuna gedəcək. Ona yalnız uğurlar arzulayıram. Qarşıdakı günlərdə və həftələrdə əlaqədə olacağıq.”