Braziliyalı futbolçu Tiaqo Silva "Fluminense"dən ayrılmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı müdafiəçi təqaüdü düşünmür. O, yenidən Avropaya qayıtmaq istəyir.
Bu barədə "geglobo" məlumat yayıb.
T. Silva gələn aydan etibarən azad agent olacaq.
O, DÇ-2026-da da olmağı arzulayır.
Təcrübəli futbolçu "Fluminense"də 65 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.



