"Çelsi"də yeni baş məşqçi adına əsas namizəd bəlli olub.

Offsideplus.az xəbər verir ki, klubda ehtimal olunan baş məşqçi dəyişikliyi müzakirə olunur. Buna səbəb hazırkı baş məşqçi Enzo Mareskanın klub rəhbərliyinə qarşı səsləndirdiyi açıqlamalardır.

Mareskanın mümkün gedişi halında, Qaret Sautqeyt “Çelsi”nin yeni baş məşqçisi postuna namizədlərdən biri kimi göstərilir.