“İki qol vurduq, əlavə üçünü də vura bilərdik”.
Offsideplus.az xəbər verir ki, bunu Misli Premyer Liqasının XV turunda baş tutan "Neftçi"- “Sumqayıt” matçından sonra baş tutan mətbuat konfransında “ağ-qaralar”ın baş məşçisi Yuri Vernidub deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
“70-ci dəqiqəyə qədər meydanda əsil futbol gördük. Həmin ana qədər “Neftçi”nin qapısı önündə xüsusi hal yaşandığını xatırlamıram. Təəssüf ki, şanslardan yararlana bilmədik. Son 20 dəqiqə çətin keçdi. Futbolçuların yorulduğu hiss olunurdu.
Dekabrın 20-də “Karvan-Yevlax”la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı vəziyyətə gətirəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir. Xüsusilə də, intizam və fiziki durumu qeyd edərdim. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, “Neftçi” yüksək səviyyəyə qalxsın. “Neftçi”ni “Dinamo”, “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” Azərbaycan futbolunun brendidir”.
O, qarşıya qoyulan hədəflərdən danışıb:
“Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır”.
Qeyd edək ki, ki, "Palms Sports Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə bitib.



