İspaniyalı sol cinah müdafiəçisi Serxio Reqilon karyerasını "Inter Mayami"də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, ABŞ klubu Reqilonla 2027-ci ilin dekabrına qədər müqavilə imzalayıb. Razılaşmada 2028-ci ilin dekabrına qədər uzatma seçimi də yer alır.

Beynəlxalq legioner statusunda komandaya qoşulan futbolçu 2024/25 mövsümündə çıxış etdiyi “Tottenhem”dən sonra "Inter Mayami"yə azad agent kimi transfer olunub.