Prezident İlham Əliyev 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı üçün sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin edilib.

Dünya çempionatının keçirilməli ilə bağlı FIFA ilə əlaqələndirmə işləri AFFA-ya həvalə olunub.

Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın ev sahibliyində təşkil olunacaq/