"Barselona"nın İspaniya La Liqasında 9 oyunluq qələbə seriyası qırılıb.

Offsideplus.az xəbər verir ki, Hansi Flikin yetirmələri XXX tur çərçivəsində doğma meydanda "Real Betis"ə qalib gələ bilməyiblər- 1:1.

Bununla da, Kataloniya klubu bu turda sensasion şəkildə "Valensiya"ya uduzan (1:2) Madrid "Real"ı ilə xal fərqini 6-ta çatdırmaq şansını əldən verib.

Çenpionatın sonuna 8 tur qalmış "Barselona" 67 xalla 1-ci, "Real" isə 63 xalla 2-ci sıranı tutur.