Türkiyənin I Liqasında mübarizə aparan "Çorum" klubu bu gün keçirdiyi növbəti matçda Coşqun Diniyevin xidmətinə ehtiyac duymayıb.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz "Erokspor"la ev qarşılaşmasını ehtiyat oyunçular skamyasında keçirib.
"Çorum" yalnız 88-ci dəqiqədə məğlubiyyətdən xilas ola bilib - 3:3.
Tuncay Şanlının komandası hazırda 47 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Coşqun Diniyev bu ilin fevralında "Bandırmaspor"dan "Çorum"a transfer olunub. Milli komandamızın da şərəfini qoruyan yarımmüdafiəçi yeni klubunda 7 oyunda 2 qol vurub.