Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev bu gün ölkə çempionatında Mahaçqala "Dinamo"suna qarşı keçirilən görüşdə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, matçın ikinci hissəsinə xüsusi kapitan sarğısı ilə çıxıb.
Bu addım Akinfeyevin 22 il öncə MOİK-in heyətində debütünə həsr olunub. O, 2003-cü il martın 29-da Rusiya Kubokunun 1/8 final mərhələsində "Zenit"lə oyunun ikinci hissəsində azərbaycanlı futbolçu, milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenkonun əvəzinə meydançaya daxil olub.
Bu səbəbdən sarğının üzərində Akinfeyevlə Kramarenkonun fotosu əksini tapıb.
Qeyd edək ki, Dmitri Kramarenko hazırda MOİK-də qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirir.