"Mançester Yunayted" klubu Viktor Osimheni yayda transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" nigeriyalı hücumçunu heyətinə qatmaq üçün Alexandro Qarnaçonu göndərəcək. "Mankunianlar" keçid daha ucuz başa gəlsin deyə, argentinalı futbolçunu "Napoli"yə təklif edəcək.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Xatırladaq ki, Osimhen hazırda icarə əsasında "Qalatasaray"da çıxış edir. Onun "Napoli" ilə müqaviləsində 75 milyon avroluq sərbəstqalma bəndi var.