Misli Premyer Liqasının XXVIII turunda "Sumqayıt" "Sabah"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Vaqif Cavadov oyundan sonra mətbuat konfransında iştirak edib. O, bunları deyib: 

“Azarkeşlər üçün yaxşı oyun oldu. Düşünürəm ədalətli nəticə oldu. Sonacan vuruşduq. Artıq yaratdığımız epizodları qola çeviririk. Futbolçularıma güvənirəm”.

Mütəxəsis “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov haqqında bunları deyib: 

“O bu gün bizə çox kömək oldu. Komanda ümumən döyüşür. Çox yaxşı çıxış edir”.