"Kəpəz" klubunun azarkeşləri martın 30-da Misli Premyer Liqasının XXVIII turunda "Səbail"ə qarşı keçirilən oyunda Tovuz şəhər stadionuna zərər vurublar.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin fanatları stadionda 6 oturacaq sındırıblar.
Qeydə alınmış fakta AFFA İntizam Komitəsinin bugünkü iclasında hüquqi qiymət verilib. "Kəpəz" Tovuz şəhər stadionunun rəhbərliyi tərəfindən təqdim olunacaq hesaba əsasən dəymiş zərəri ödəməlidir.
Xatırladaq ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların görüşü 1:1 hesabı ilə başa çatıb.