Madridin "Atletko" klubu bu şəhərin digər təmsilçisi "Real"dan UEFA-ya şikayət edib.

Offsideplus.az xəbər verir ki, buna "Real" futbolçularının Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda yol verdikləri hərəkətlər səbəb olub.

"Atletiko" rəhbərliyi qitənin ən ali futbol qurumuna 4 videoyazı göndərib. Bu görüntülərdə Antonio Rüdriger və Vinisius Juniorun "Atletiko" azarkeşlərinə qeyri-etik jest göstərdikləri əksini tapıb.

Bundan başqa, "kral klubu"nun ulduzu Kilian Mbappe rəqibin futbolçusunun ünvanına təhqiramiz sözlər işlədib. Dördüncü video isə Daniel Sebalyosla bağlıdır.

Xatırladaq ki, "Real" cavab görüşünün əsas və əlavə vaxtında 0:1hesabı ilə uduzsa da, penaltilər seriyasında qələbə qazanıb. 

BU DA MARAQLIDIR:

Braziliyadan çətin qələbə, Vinisius qəhrəman oldu - VİDEO