UEFA "Real Madrid" futbolçuları barədə iş açıb.

Offsideplus.az xəbər verir ki, Antonio Rüdiger, Kilian Mbappe, Dani Sebalyos və Vinisius Junior Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya qarşı oyunda etika və intizam qaydalarını pozublar.

Vinisius oyundan sonra "əflatun bəyaz" komandanın formasını "Atletiko" azarkeşlərinin önündə yerləşdirmiş və klubun embleminə işarə etmişdi. Mbappe, Cud Bellinqem və digərləri isə Antonio Rüdigerin qələbəni təmin edən penalti epizodundan sonra alman futbolçu kimi qaçmağa başlamış və rəqib komandanı ələ salmışdı. 

Qeyd edək ki, "Atletiko" - "Real" matçının əsas və əlavə vaxtı 1:0 hesabı ilə yekunlaşmış (İlk oyun - 1:2) və qalib penaltilər seriyasında müəyyənləşmişdi (2:4).