"Napoli"nin baş məşqçisi Antonio Konte ilə başda "Yuventus" olmaqla bir çox klub maraqlanır.
Offsideplus.az xəbər verir ki, Neapol klubunun idman direktoru Covanni Manna bu məsələyə münasibət bildirib:
"Onun qarşıdakı iki il üçün müqaviləsi var və ümid edirik ki, növbəti mövsümdə heç bir problem olmadan onunla davam edəcəyik".
Xatırladaq ki, Konte ötən ilin yayından "Napoli"nin yayından çalışdırır. Onun komandası hazırda A Seriyasında 64 xalla 2-ci yerdədir.