"Aston Villa" ötən gün səfərdə "Preston"u məğlub edərək İngiltərə Kubokunda yarımfinala yüksəlib.
Offsideplus.az xəbər verir ki, matçda dubl edən Markus Reşford "Aston Villa"da olduğu üçün xoşbəxt olduğunu bildirib:
"Bura gəlməzdən əvvəl futbol üçün çox darıxmışdım. Bədənim özünü yaxşı hiss edir və hazırda futboldan həzz alıram".
Əlavə edək ki, Reşford bu ilin yanvarında icarə əsasında Birmingem klubuna keçib. O, "Mançester Yunayted"dəki son 2 ayında heyətə daxil edilmirdi.