2025-ci ildə Misli Premyer Liqasının bir turu ərzində ən çox qol vurulub.

Offsideplus.az xəbər verir ki, yarışın XXVIII turunda futbolçular qapılara 18 dəfə yol tapıblar.

Bu, 2025-ci il üçün ən yüksək göstərici sayılır. Mövsümün rekordu isə VIII turda qeydə alınıb. Həmin turda azarkeşlər 5 matçda 19 qol görüblər. Bundan başqa, X tur da bol qollu keçib və komandalar 18 dəfə fərqləniblər.

Xatırladaq ki, 28-30 mart aralığında baş tutan XXVIII turda “Sumqayıt” - “Sabah” (3:3), “Turan Tovuz” - “Qarabağ” (1:4), “Zirə” - “Şamaxı” (3:0), “Neftçi” - “Araz-Naxçıvan” və “Kəpəz” - “Səbail” (hər ikisi 1:1) qarşılaşmaları keçirilib.