Dünən UEFA Gənclər Çempionlar Liqasının 1/4 finalında keçirilən "Trabzonspor" - "İnter" matçında azarkeş sayına görə yarışın rekordu qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, Trabzondakı Şenol Güneş İdman Kompleksində oyunu 40 368 tamaşaçı izləyib.
Meydan sahibləri 1:0 hesablı qələbə qazanaraq, Türkiyə futbol tarixində ilk dəfə bu turnirdə yarımfinala çıxıblar.
Növbəti rəqib Avstriyanın "Zalsburq" klubu olacaq. Oyun aprelin 25-də Zalsburq şəhərində keçiriləcək.