Azərbaycanın çimərlik futbolu üzrə milli komandasının Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən verir ki, yığmamız B Liqasının A qrupunda yer alıb.
Futbolçularımız Litva, İngiltərə və Belçika komndaları ilə mübarizə aparacaqlar. Oyunlar 23-25 may aralığında İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.
23 may
13:00. Azərbaycan - İngiltərə
24 may
13:00. Azərbaycan - Belçika
25 may
14:15. Litva – Azərbaycan