"Sabah" klubunun baş məşqçisi Vasili Berezutski hakimlərə etirazını bildirib, mətbuat konfransını erkən tərk edib.
Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinalı üzrə "Neftçi" - "Sabah" oyunundan sonrakı mətbuat konfransında bu sözləri deyib:
"Sadəcə bu gün uşaqlara "əhsən" demək istəyirəm ki, uşaqlar sonadək döyüşdülər, mübarizə apardılar. Bu gün sadəcə 11 nəfərə qarşı yox, 11 nəfər və üstəgəl 3 hakimə qarşı oynadıq. Sanki hakimlər bu gün VAR-a gəlməmişdilər, VAR yox idi. Oyun barədə bu qədər danışa bilərəm. Hər birinizə təşəkkür edirəm, sağ olun".
O, fikirlərini rus dilində bildirəndən dərhal sonra konfrans zalından ayrılıb.
Videonu təqdim edirik:
View this post on Instagram