Azərbaycan kubokunun yarımfinal mərhələsində 21 ildən sonra tarix təkrarlanıb.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, məhz 21 illik fasilədən sonra yarımfinalın lk oyunları yarışın iki ən titullu klubu "Qarabağ" və "Neftçi" üçün məğlubiyyətlə başlayıb. Ağdam klubu səfərdə “Araz-Naxçıvan”a 0:1, Bakı təmsilçisi isə evdə “Sabah”a 1:2 hesabı ilə uduzub.
Bu, ölkə kuboku tarixində 2-ci belə hadisədir. Əvvəlki mövsümlərdə yalnız bir dəfə “Qarabağ” və "Neftçi” yarımfinala məğlubiyyətlə başlayıblar. Belə uğursuzluq 2003/04 mövsümünə təsadüf edb.
Həmin vaxt "Neftçi" səfərdə “Bakılı”ya 0:1, “Qarabağ” isə evdə “Şəmkir”ə 1:2 hesabı ilə məğlub olub. Bu dəfə də meydan sahibləri 1:2, qonaqlar 0:1 hesabına üzülüblər. 21 il öncə “ağ-qaralar” paytaxt derbisində mərhələ adlayıb və sonda kuboku qazanıblar.
Qeyd edək ki, “Neftçi” 21-ci, “Qarabağ” isə 20-ci dəfə kubokun yarımfinalında mübarizə aparır.