Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"ı məğlub edən (1:0) "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunu belə şərh edib:

"Çox maraqlı oyun oldu. Komandalar meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik. Komanda yaxşı iş gördü və qalib gəldik. İndi bu oyunu unutmalı və qarşıdan gələn çempionat qarşılaşmalarına hazırlaşmalıyıq.

Qeyd edək ki, "Araz-Naxçıvan" aprelin 7-də "Sumqayıt"ı qəbul edəcək.