Türkiyə Super Liqasının XXIX turunda "Beşiktaş" "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, ilk qolu 23-cü dəqiqədə  "qara qartallar"ın heyətində Rafa Silva vurub. 36-cı dəqiqədə Pşemslav Frankovski birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan 9 dəqiqə sonra Lukas Torreyra uzaq məsafədən baxımlı qola imza atıb və komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar. 

66-cı dəqiqədə Gedson Fernandes "Beşiktaş"ın qələbə qolunun müəllifi olub: 2:1. Oyunun sonlarına yaxın isə Semih Kılıçsoy foul səbəbindən qırmızı vərəqə ilə cəzalandırılıb. 

Beləliklə, "Qalatasaray" bu məğlubiyyətdən sonra 71 xalla liderliyini davam etdirir. "Cim-Bom"un ən yaxın izləyicisi "Fənərbağça" 65 xalla ikincidir. "Beşiktaş" isə 47 xalla 4-cü pillədə qərarlaşıb. 

Oyundan vurulan qolları və vərəqə epizodlarını təqdim edirik: