"Real Madrid"in vəkili ilə "Barselona" prezidenti Xoan Laporta arasında “Neqreira” məsələsi ilə bağlı gərgin müzakirə baş verib.
Vəkil Laportaya bildirib:
“Cənab Laporta, ödədiyiniz Negreira fakturalarında 60 000 avro məbləğində ‘aloe vera hədiyyə qutuları’ üçün ödəniş etdiyiniz göstərilib. Bunun izahını verə bilərsiniz?”
Laporta isə cavab verib:
“Bu 20 il əvvəl olub. Bilmirəm, fakturanı xatırlamıram.”
Vəkil daha sonra başqa bir fakturanı gündəmə gətirib:
“Bu fakturada 2010 Dünya Kuboku üçün ‘fəaliyyətlərin skan edilməsi’ adı altında 139000 avro ödəniş etdiyiniz göstərilib. Amma bu faktura Dünya Kuboku başlamazdan əvvəldir! Necə ola bilər?”
Laporta cavabında deyib:
“Bu, yəni, skaut xidməti üçün idi. Fakturanı hazırlayan adamdan soruşun, mən məlumatlı deyiləm.”



