“Real Madrid” rəhbərliyi heyətin formalaşdırılması ilə bağlı ciddi səhvlərə yol verdiklərini qəbul edib.
Offsideplus.az xəbər verir ki, klub daxilində ilk dəfədir ki, illər əvvəl hazırlanmış “yenidənqurma planı”nın uğursuz olduğu açıq şəkildə etiraf olunur.
Məlumata görə, əsas problem Luka Modriç və Toni Kroos kimi liderlərin layiqli şəkildə əvəzlənməməsi ilə bağlıdır. Klub bu boşluğun gənc futbolçular hesabına doldurulacağını gözləsə də, gözləntilər özünü doğrultmayıb.
“Real Madrid” daha yüksək performans Orelien Tçuameni, Eduardo Kamavinqa və Arda Gülerdən gözləyirdi. Lakin onların indiyə qədər göstərdiyi çıxışlar klubun planlaşdırdığı səviyyəyə çatmayıb.
Bu vəziyyət “kral klubu”nu yaxın dövrdə transfer strategiyasını yenidən gözdən keçirməyə və heyətdə köklü dəyişikliklərə getməyə məcbur edə bilər.


