UEFA-nın 2025-ci ildə Azərbaycan futbol klublarına ayırdığı maliyyə vəsaitlərinin məbləği açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında məlumat verilib.

Siyahıya böyük fərqlə Qarabag başçılıq edir. Ağdam təmsilçisi qitə futbol qurumundan ümumilikdə 61 milyon 123 min 325 manat vəsait əldə edib.

Digər klublara ayrılan məbləğlər isə aşağıdakı kimidir:

"Sabah": 3 milyon 27 min 845 manat

"Araz-Naxçıvan": 2 milyon 480 min 415 manat

"Zirə": 2 milyon 70 min 729 manat

"Neftçi": 1 milyon 23 min 94 manat

"Sumqayıt": 833 min 496 manat

"Səbail": 706 min 895 manat

"Turan Tovuz": 706 min 895 manat

"Kəpəz": 706 min 895 manat

"Qəbələ": 427 min 340 manat

"Şamaxı": 279 min 555 manat