Kriştiano Ronaldo "Əl-Nəsr"in bugünkü oyununda iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb və zədə başqa bir şey deyil.
Ronaldo klubun transfer siyasətini bəyənmir, ona görə də bugünkü matçda olmayacaq.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistan çempionatında 18 turdan sonra 43 xalla ikinci yerdədir. Onlar lider "Əl-Hilal"dan 3 xal geri qalır.


