FIFA Dünya Kuboku biletlərinin qiymətini endirdi.

Offsideplus.az xəbər verir ki, qlobal miqyasda yaranan narazılıqlardan sonra FIFA Dünya Kuboku oyunları üçün bilet qiymətlərini azaltmaq qərarı verib.

Yeni qərara əsasən, hər oyunda təxminən 1000 bilet iştirak edən komandaların azarkeşləri üçün 60 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılacaq.

FIFA bu addımı azarkeşlərin turnirə çıxışını asanlaşdırmaq və artan tənqidləri azaltmaq məqsədilə atdığını bildirib.