Santyaqo Montiel Argentina futbolu üçün tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, "İndependiyente”nin hücumçusu" Puşkaş" Mükafatının 2025-ci il qalibi olub və bu nailiyyətlə ölkə futbolunun qızıl səhifələrindən birini yazıb.

Montiel bu ada 2025 Apertura turniri çərçivəsində "Rivadaviya"ya qarşı oyunda vurduğu möhtəşəm qayçı zərbəsi ilə layiq görülüb. Həmin qarşılaşmada “Roho” 1:0 hesablı qələbə qazanıb və görüşdə vurulan yeganə qol məhz Montielə məxsus olub.

Estetik baxımdan mükəmməl olan bu qol qısa zamanda dünya mediasında geniş yayılıb və ilin ən çox paylaşılan futbol epizodlarından birinə çevrilib.