Niderland millisinin və "Inter" klubunun müdafiəçisi Denzel Dumfresin sol ayaq biləyində əməliyyat uğurla baş tutub.
Offsideplus.az xəbər verir ki, əməliyyat London şəhərində həyata keçirilib.
Futbolçunun tezliklə sahəyə qayıda bilməsi üçün rehabilitasiya proqramı başlanacaq. Məlumata görə, Dumfriesin 2–3 ay müddətində meydanlardan kənarda qalacağı gözlənilir.



