"Sabah" bu gün FIBA Çempionlar Liqasında son matçını keçirib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Almaniyanın paytaxtı Berlində "Alba"nın qonağı olub.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Görüş rəqibin 106:82 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Sabah" Çempionlar Liqasında qrup mərhələsini 1 qələbə və 5 məğlubiyyətlə başa vurub.

"Alba" isə 11 xalla qrupun lideri olub.

FIBA Çempionlar Liqası

B qrupu, VI tur

23:00 "Alba" (Berlin) - "Sabah" 106:82

1. "Alba" - 11 xal, 2. "Elan Şalon" - 11, 3. "Nimburk" - 7, 4. "Sabah" - 7