Misli Premyer Liqasının XXVIII turu üzrə keçirilən "Sumqayıt" - "Sabah" matçı debütlə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın start heyətində meydana daxil olan Elgün Dünyamalıyev paytaxt təmsilçisi ilə ilk oyununa çıxıb.
Gənc oyunçu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab 1:1-dir.